Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “İradənlə qalib gəl” devizi altında açıq qapı günü keçirildi.

01 noyabr 2019 | 11:00

01 noyabr 2019-cu il tarixdə Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin   təşkilatçılığı və rayonun ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin iştirakı ilə “İradənlə qalib gəl” devizi altında açıq qapı günü keçirildi.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi.
İdmançıların iştirakı ilə Dövlət Bayrağı tədbirin keçirildiyi zala gətirildi. Məşqçi müəllimlər və fəal idmançılar tərəfindən ustad dərsləri keçirildi, idmanın 10- a yaxın növü üzrə nümunəvi çıxışlar təqdim edildi.
Yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili və zərərli vərdişlərdən çəkindirilməsinə həsr edilən bu tədbirdə rayonun müxtəlif ərazilərindən gələn 250 nəfər iştirak etdi.

Keçidlər