Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yürüş-flashmob keçirildi.

17 oktyabr 2019 | 11:00

Ağdaşda yürüş-flashmob keçirildi.

17 oktyabr 2019-cu il tarixdə Ağdaş şəhər Heydər Əliyev prospektindəki Azadlıq meydanında Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “18 oktyabr Dövlət müstəqilliyi günü” nə həsr olunan yeniyetmə və gənclərin iştirakı ilə yürüş-flashmob keçirildi.
İştirakçılar tərəfindən Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçılarının başı üzərində Azərbaycan bayrağının rənglərinə uyğun olaraq  "18 oktyabr Müstəqillik Günü" sözləri yazıldı. Havaya şarlar buraxıldı.
Tədbir boyunca vətənpərvərlik mahnıları səsləndirildi. Habil Əliyev adına 1 nömrəli şəhər uşaq musiqi məktəbinin kollektivi və şagirdləri tərəfindən  konsert proqramı təqdim olundu.
Flashmob tədbirində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Zeynalova iştirak edirdi.

Keçidlər