Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin V Konfransı keçirildi

24 may 2019 | 11:00

24 may 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin V Konfransı keçirildi. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Hacıyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlı və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov iştirak ediblər. Qonaqlar və Konfrans iştirakçılarının bir qrupu əvvəlcə ümummilli lider Heydər Əliyevin  abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri düzdülər.
Heydər Əliyev Mərkəzində keçirilən Konfransı Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açdı. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin əziz xatirəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və vəfat etmiş partiya üzvlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov ölkəmizdə gənclər siyasətin əsasının ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində qoyulmasından və bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı. Yeni Azərbaycan Partiyasının intellektual, yüksək təhsilli Azərbaycan gəncliyini öz sıralarında birləşdirdiyini qeyd edən Cavid Osmanov Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin ən böyük rayon təşkilatlarından biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov geniş məruzə ilə çıxış edərək IV konfransdan keçən dövr ərzində görülmüş işlər haqqında məlumat verdi. Məruzədə qeyd edildi ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyində 7346 nəfər gənc birləşmişdir ki, bu da partiyanın rayon təşkilatında qeydiyyatda olan 17331 nəfər üzvünün  42,4 faizi deməkdir. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyi üzvlərindən  2656 nəfəri  ali təhsilli, 2891 nəfəri  orta ixtisas təhsilli, 1799 nəfəri isə orta təhsillidir. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyi üzvlərinin 3847 nəfəri qadınlardır. Hesabat dövrü ərzində ölkəmizdə 2015-ci il Parlament seçkiləri, 2016-cı il 90 saylı Ağdaş Seçki Dairəsindən Milli Məclisə təkrar seçkilər, 26 sentyabr 2016-cı il tarixdə keçirilən Referendum və 2018-ci il aprel ayının 11-də keçirilən Prezident Seçkiləri ili olaraq doğma partiyamızın möhtəşəm qələbəsi ilə tarixə yazılmışdır. Ağdaşlı gənclərin ölkəmizdə keçirilən bu seçkilərin hər birində yüksək fəallıq nümayiş etdirdikləri qeyd edildi, YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi üzvlərinin  internet resurslarından səmərli istfadə etdikləri və Sosial şəbəkələrdə kifayət qədər fəal olduqları vurğulanaraq, gələcəkdə qarşıda duran vəzifələrdən danışıldı.
Məruzə ətrafında Xosrov kənd İcra nümayəndəsinin müavini Teymur Əmirli, Şəmsabad kənd tam orta məktəbin direktor müavini  Orxan Məmmədov və Qarağan Şıxlar kənd İcra nümayəndəsinin müavini  İsa Seyidov çıxış edərək YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi tərəfindən görülən işlər, eyni zamnda Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı haqqında konfrans iştirakçılarına məlumat verdilər.
Sonra konfransda təşkilati məsələlərə baxıldı. 19 nəfərdən ibarət YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri seçildi. Konfransda  gizli səsvermə yolu ilə Teymur Mabud oğlu Əmirli YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi. Konfransda Orxan Əjdər oğlu Məmmədov və İsa Mahir oğlu Seyidov YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi sədrinin müavinləri, həmçinin Əmirli Teymur Mabud oğlu və Məmmədova Gülnarə Bəlul qızı YAP Gənclər Birliyinin V konfransına  nümayəndə seçildilər.
Anar Şahmuradova Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifəsində səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Ağdaş rayon təşkilatının Fəxri Fərmanı və hədiyyəsi, YAP Gənclər Birliyinin Fəxri Fərmanı təqdim olundu.
Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Hacıyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək yeni seçilən tərkibi təbrik etdilər, gənclərin ölkənin ictimai-siyasi həyatında rolu, ölkədə həyata keçirilən gənclər siyasəti, həmçinin gənclərin qarşısında duran vəzifələr haqqında öz tövsiyyələrini çatdırdılar.

Keçidlər