Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonu ərazisində qaz təchizatının müvəqqəti dayandırılması barədə

24 aprel 2019 | 11:00

"Azəriqaz" İB-nin məlumatına əsasən "Azəriqaz Təmir Tikinti" idarəsi tərəfindən Ağdaş şəhərinin H.Əliyev prospektində yeni çəkilmiş PE-225 mm-lik orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə qoşulması və qaz tənzimləyici qurğuların yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar olaraq 26.04.2019-cu il tarixdə saat 09:00-dan, işlər başa çatanadək "Ağdaş", "Şəmsabad", "Dəhnəxəlil" qazpaylayıcı stansiyalardan qidalanan qaz xəttlərində (cəmi 8780 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Keçidlər