Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi.

29 dekabr 2018 | 11:00

29 dekabr 2018-ci il tarixdə bayramsayağı bəzədilmiş “Ağ saray” şadlıq evində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bədii-əyləncəli tədbir keçirildi.
Rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq siyasətinin həyata keçirilməsində mühüm uğurlar əldə edildiyini bildirdi.
Natiq daha sonra çıxış edərək qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir.
Tədbir rayonun mədəniyyət kollektivlərinin mahnı çələngi, xalq rəqsləri, Şaxta baba və Qar qızın Yeni il təbriki ilə başa çatdı.
Təqdim olunan ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Keçidlər