Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda IX “Fənlərin Dostluğu Olimpiadası” keçirildi.

15 dekabr 2018 | 11:00

15 dekabr 2018-ci il tarixdə Ağdaş şəhər Maqsud Şeyxzadə adına Texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf STEM Liseyinin birgə təşkilatçılığı ilə Fənlərin Dostluğu Olimpiadası keçirildi
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan olimpiadada rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan, qeydiyyatdan keçmiş 56 nəfər 9 və 10-cu sinif şagirdləri iştirak edirdi.
İştirakçılar 2 saat ərzində 50 sualı cavablandırmaqla,  olimpiadaya yekun vuruldu.
Olimpiada iştirakçılarına nümayiş etdirdikləri nəticələr barədə təşkilatçılar tərəfindən 5 gün ərzində məlumat göndəriləcəkdir.

Keçidlər