Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunun təhsil və mədəniyyət müəssisələrində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 15-cü ildönümü ilə bağlı anım tədbirləri keçirildi.

11 dekabr 2018 | 11:00

11 dekabr 2018-ci il tarixdə Ağdaş Dövlət Humanitar Kolleci, Peşə məktəbi və Heydər Əliyev  Mərkəzində keçirilən tədbirlərdə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən video görüntülər nümayiş etdirilmişdir.
Tədbirlərdə çıxış edənlər tərəfindən Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti, dünyanın görkəmli siyasətçilərindən biri olduğu qeyd edilmiş, onun rəhbərliyi altında dövlət quruculuğu prosesləri, təhsil və mədəniyyət sahələrində böyük uğurlara nail olunduğu, iqtisadiyyatın inkişafı ilə bağlı islahatların həyata keçirilməsi sahəsində inanılmaz nəticələrin əldə edildiyi vurğulanmışdır.
Diqqətə çatdırılmışdır ki, təməli ulu öndər tərəfindən qoyulan demokratik dövlət quruculuğu prosesləri Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Keçidlər