Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dövlət Bayrağı günü qeyd olundu.

08 noyabr 2018 | 11:00

08 noyabr 2018-ci il tarixdə rayonun Bayraq Meydanı və Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı günü münasibətilə məktəblilərin, tələbələrin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları Dövlət Bayrağı meydanında şagird və tələbələrin təqdimatında hazırlanmış kompozisiyanı seyr etmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. İştirakçılar Dövlət Bayrağı gününə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisinə tamaşa etmişlər.
Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə əvvəlcə Dövlət Bayrağı gününə həsr olunan videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə “Dövlət Bayrağı Günü” münasibətilə iştirakçıları təbrik edərək, xalqımızın müasir cəmiyyət quruculuğu, demokratiyanı inkişaf etdirmək istəyinin, türk mənşəyinin, islam sivilizasiyasına mənsubluğunu ifadə edən milli ləyaqət simvolumuz olan Azərbaycan bayrağını başı üzərində uca tutmağın, vüqarla dalğalandırmağın hər bir azərbaycanlının borcu olduğunu diqqətə çatdırdı.
İştirakçılara Dövlət Bayrağı gününə həsr olunan məruzə təqdim edildi.
Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etdiyini, ölkə başçısı cənab İlham Əliyevin isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə bağlı 2009-cu il noyabrın 18-də sərəncam imzaladığını söylədilər.
Qeyd olundu ki, Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmiş, azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirməkdədir.

Keçidlər