Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda taxıl biçini davam edir.

30 iyun 2018 | 11:00

2018-ci ilin məhsulu üçün rayonda 10482 hektarı arpa, 3748 hektarı buğda olmaqla 14230 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən illə müqayisədə 2231 hektar çoxdur. Hazırda biçin işləri davam etdirilir. Sahələrdə taxıl biçininə gündəlik 18-20 kombayn cəlb edilmişdir. Bu günədək ümumilikdə rayon üzrə 8481 hektarı arpa, 2072 hektarı buğda olmaqla 10553 hektar sahədə biçin aparılmaqla taxıl əkilmiş sahənin 74 faiz hissəsində biçin işləri başa çatdırılmışdır. Gün ərzində orta hesabla 270-330 hektar sahədə taxıl biçilir. Hər hektara düşən məhsuldarlıq arpa üzrə 24 sentner, buğda üzrə 23 sentner təşkil edir. Ötən illə müqayisədə taxıl sahələrinin artıq olmasına baxmayaraq taxıl biçininin ötən ilki kimi iyul ayının 10-dək başa çatdırılması nəzərdə tutulur.

Keçidlər