Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2018 | 11:00

Ağdaşda 23 iyun 2018-ci il tarixdə dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldü, ulu öndərin xatirəsi ehtiramla yad edildi.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlərdən danışdılar. Vurğulandı ki, müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları da ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət idarəçiliyi mexanizminin tətbiqini zamanın tələbinə uyğun həyata keçirən vəzifəli şəxslərdir. Eyni zamanda  peşəkar kadrlar dövlət qulluğunun əsas hərəkətverici qüvvəsini təşkil edir.
Sonda xatirə şəkli çəkdirildi, yerli icra strukturlarında çalışan bir qrup dövlət qulluqçularına dövlət qulluğunda səmərəli fəaliyyətinə görə qiymətli hədiyyələr təqdim edildi.

 

 

Keçidlər