Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda məktəblilərin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Bilik” sərgisi keçirildi.

24 may 2018 | 11:00

Ağdaşda məktəblilərin Azərbaycan Xalq Cumhuriyyətinin
100 illik yubileyinə həsr olunmuş “Bilik” sərgisi keçirildi.

21 may 2018-ci il tarixdə rayon Təhsil şöbəsi ilə birgə Heydər Əliyev meydanında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş məktəblilərin “Bilik” sərgisi keçirildi.
68 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar təhsil müəssisəsi kollektivlərinin qatıldığı bilik sərgisində 2000 nəfərə yaxın şagirdin  nailiyyətləri nümayiş etdirilirdi.
Sərgi zamanı şagirdlər seçdikləri fənlər və məktəbdənkənar fəaliyyətləri ilə bağlı hazırladıqları layihələr barədə ətraflı məlumat verməklə yanaşı, iştirakçılara “Azərbaycan Xalq Cumhuriyyəti”, “Milli Qəhrəmanlar” adlı stendlər, Azərbaycan dili, ədəbiyyat,  fizika, kimya, biologiya, fiziki tərbiyə, texnologiya fənlərinə aid təcrübi sınaqları, əl işləri, idman, hərbi-vətənpərvərlik tərbiyəsinə aid  bilik və bacarıqlarını əyani şəkildə sərgiləyirdi.
Rayonun flora və faunasına aid olan bitki və heyvanat aləminin əyani və canlı şəkildə nümayişi, tarixi keçmişimizi əks etdirən qədim alətlər, qab-qacaqlar, şagirdlərin respublika bilik yarışmalarında iştirakını əks etdirən diplom və fəxri fərmanlar iştirakçılarda böyük maraq doğurdu.
Tədbir boyunca məktəblilərin ifasında şən rəqslər, oynaq mahnılar, idmançıların akrobatik hərəkətləri, idman oyunları üzrə yarışmalar tədbirdə qonaq qismində  iştirak edən rayon sakinlərində xoş ovqat yaratdı.

Keçidlər