Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə Ağdaş Poçt Filialının və Telekommunikasiya Qovşağının inzibati binasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni layihəsi olan “Şəbəkə Xidmət Mərkəzinin” yaradılması üçün əsaslı təmir işləri aparılır.

07 may 2018 | 11:00

Ağdaş Poçt Filialının və Telekommunikasiya Qovşağının inzibati binasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni layihəsi olan “Şəbəkə Xidmət Mərkəzinin” yaradılması üçün əsaslı təmir işlərinə 2018-ci ilin fevral ayında başlanılmışdır. Binanın həyətində 1000 m2  əraziyə asfalt döşənmişdir. Üç mərtəbədən ibarət binanın hər mərtəbəsi 756 m2olmaqla ümumi sahəsi 2268 m2 təşkil edir. Binanın dam örtüyü yenilənmiş, fasadı seramik daş və şüşə ilə üzlənmişdir. Binanın su təchizatı üçün nasosxana quraşdırılmış, həyətdə yerləşən yardımçı otaqlar əsaslı təmir olunmuşdur. İnzibati bina yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulmuşdur. “Şəbəkə Xidmət Mərkəzi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumları tərəfindən həyata keçirilən telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərinin bir məkanda mərkəzləşdirilmiş qaydada göstərilməsi nəzərdə tutulur. Binanın ətrafı abadlaşdırılmış, gül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Binanın 2018-ci ilin may ayının sonunda istifadəyə verilməsi gözlənilir.

Keçidlər