Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda qəhrəmanın ev muzeyində anım tədbiri keçirildi

07 may 2018 | 11:00

Ağdaşda qəhrəmanın ev muzeyində anım tədbiri keçirildi

5 may 2018-ci il tarixdə 1941-1945-ci illər İkinci Dünya Müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar rayonun Qolqəti kəndində Sovet İttifaqı Qəhrəmanı Səməd Abdullayevin ev muzeyində rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları və məktəblilərin iştirakı ilə tədbir keçirildi.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıldı.
Müharibə veteranları və ictimaiyyətin nümayəndələri çıxışlarında ikinci dünya müharibəsinin bəşəriyyətə gətirdiyi fəlakətlərə toxunaraq, həmin savaşda Azərbaycan oğullarının fədakarlığının bu tarixi Qələbənin əldə olunmasına böyük töhfələr verdiyini diqqətə çatdırdılar.
Anım tədbirində məktəblilərin ifasında hərbi-vətənpərvərlik  ruhunda təqdim edilən bədii kompozisiya, şeir çələngi iştirakçılarda xoş ovqat yaratdı.
Tədbir iştirakçıları tərəfindən ev muzeyində nümayiş etdirilən tarixi sənədlərə baxış keçirildi.

Keçidlər