Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Peşə məktəbində tədbir keçirildi

04 may 2018 | 11:00

Ağdaş Peşə məktəbində tədbir keçirildi.

Ağdaş Peşə məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  95-ci  ildönümü ilə əlaqədar “Heydər Əliyev və peşə təhsili” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Təqdim olunan məruzədə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin bütün rayonlarında texniki peşə məktəblərinin açıldığı, həmin təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində son dərəcə əhəmiyyətli tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Ulu öndərin müstəqil Azərbaycanda siyasi hakimiyyətə təkrar qayıdışından sonra mövcud çətinliklərə baxmayaraq peşə təhsili sisteminə dövlət qayğısının daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır.
Bildirilmişdir ki, son illər möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında peşə təhsili sisteminin təkmilləşdirilməsi məqsədilə mühüm dövlət proqramları həyata keçirilir, müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Çıxış edən digər natiqlər qeyd etmişlər ki, sahə üzrə islahatların əsas məqsədi regionlarda müasir təminatlı peşə-tədris mərkəzləri və komplekslərinin  yaradılmasıdır. Dövrün və iqtisadiyyatın inkişafına uyğun kadr hazırlığı hər bir mühəndis və pedaqoji işçinin  diqqət mərkəzində saxlanılmalıdır.

Keçidlər