Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yeni məktəblər tikilməkdədir

25 aprel 2018 | 11:00

Məlum olduğu kimi ölkə üzrə azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli məktəblərlə əvəzlənməsi prosesinə start verilmişdir. 

Bu məqsədlə 2017-ci ildən başlayaraq  rayonun  Yenikənd, Pirəyir, Dovudlu, Qumlaq, Aşağı Zeynəddin kəndlərinin hər birində olmaqla, 5 modul tipli yeni məktəbin  quraşdırılmasına  başlanılmışdır.

Həyata keçrilən tədbirlər nəticəsində artıq Pirəyir, Dovudlu və Aşağı Zeynəddin kəndlərində quraşdırma işləri  başa çatdırılmış, Yenikənd  və Qumlaq kəndlərində  quraşdırılan modul  tipli məktəblərdə isə isə son tamamlama işləri həyata keçirilir.

Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2018-ci ildə Xınaxlı, Bulaqotağı, Malay, Binələr, Əmirmahmud kəndlərində 5 yeni modul tipli məktəblərin quraşdırılması  həyata keçiriləcəkdir.

Keçidlər