Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 2018-ci ilin birinci rübünün yekunları müzakirə edildi.

24 aprel 2018 | 11:00

Aprelin 20-də  rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. İclasda 2018-ci ilin birinci rübü ərzində Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi.
İclasa sədrlik edən rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov görülən abadlıq-qurculuq tədbirlərindən danışaraq bildirdi ki, 2018-ci ilin aprel ayının 11-də Prezident seçkilərinə hazırlıq dövründə  Ağdaş rayonunda da ciddi hazırlıq işləri həyata keçirilmiş, ağdaşlılar böyük ruh yüksəkliyi ilə ən layiqli namizədə səs vermişdir.  Qeyd edildi ki, İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə  seçilməsi tarixi əhəmiyyətə malik olan böyük bir hadisədir.
Natiq daha sonra çıxış edərək 2018-ci ilin birinci rübü ərzində sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə tədbirlərə toxunaraq aqrar sektorda pambıqçılığın inkişafı məqsədilə 3200 hektar sahədə şumlama və arat  işləri həyata keçirildiyi, fermerlərin toxum və gübrə ilə təmin olunduğu, əkinlərə aqrotexniki qulluq göstərilməsi üçün 3 mindən artıq rayon sakininin məşğulluğunun təmin edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.
Şura iclasında “2018-ci ilin birinci rübü ərzində Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” məruzə təqdim edildi.
Çıxış edən digər natiqlər cari ilin birinci rübü ərzində kənd təsərrüfatı sahəsində, o cümlədən pambıq səpininin gedişi ilə bağlı məsələlər barədə ətraflı məlumat verdilər.
Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov  şura iclasını yekunlaşdıraraq növbəti aylar ərzində qarşıda duran vəzifələri uğurla icra etmək, mövcud problem və nöqsanların aradan qaldırılması üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tövsiyə və tapşırıqlar verdi.
Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.

Keçidlər