Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü qeyd edildi.

16 noyabr 2017 | 11:00

16 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirildi.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri ulu öndər, xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı, unudulmaz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər güllər düzdülər.
Dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradılması və tarixini əks etdirən videoçarx nümayiş etdirildi.
YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov çıxış edərək partiyanın keçdiyi yola nəzər salmaqla, son 25 il ərzində onun ümumxalq partiyasına çevrildiyi, Cənubi Qafqaz regionunda ən nüfuzlu təşkilata, siyasi sistemimizin aparıcı qüvvələrindən biri olduğunu diqqətə çatdırdı.
Natiq daha sonra çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin siyasi və iqtisadi həyatını kökündən dəyişdirməklə, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçmişdir. Partiyanın təqdim etdiyi millətin və xalqın inkişafına söykənən ideologiya  və milli inkişaf proqramları Azərbaycan xalqının milli maraqlarına uyğun olmaqla, xalq-iqtidar birliyinin möhkəm təməllər üzərində dayanmasına zəmin yaratmaqla, Azərbaycan xalqının istək və arzularının ən yaxşı ifadəçisinə çevrilmişdir.
Qeyd olundu ki, möhtərəm Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir.
Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur.
Tədbirin gedişində partiyanın rayon təşkilatının sıralarına daxil olmuş gənclərin bir qrupuna üzvlük vəsiqələri təqdim edildi.
Tədbir rayonun mədəniyyət kollektivlərinin təqdimatında rəngarəng konsert proqramı ilə yekunlaşdı.

Keçidlər