Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Konstitusiya və Milli Dirçəliş günləri qeyd olundu.

14 noyabr 2017 | 11:00

14 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində 12 noyabr-Konstitusiya və 17 noyabr-Milli Dirçəliş günləri ilə əlaqədar dəyirmi masa keçirildi.
Tədbirdə əlamətdar günlər münasibəti ilə videoçarx nümayiş etdirildi.
Məruzə və çıxışlarda Konstitusiya gününün müstəqil dövlətimizin varlığını əks etdirən mühüm sənəd olduğu bildirilməklə, ölkədə aparılan siyasi və hüquqi islahatlarda bu vacib sənədin mühüm əhəmiyyətinə toxunuldu.
Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Konstitusiya müstəqil dövlətçiliyimizin tarixində həyata keçirilən demokratik islahat üçün mühüm baza rolunu oynamışdır.
Çıxış edənlər daha sonra Milli Dirçəliş gününün tarixi əhəmiyyətini qeyd etməklə, dövlətçiliyimiz üçün əsl dirçəlişin ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə əldə edildiyini diqqətə çatdırdılar.

Keçidlər