Home Contact Phone
background

Xəbərlər

  • Ağdaşda şəhidlərin il mərasimləri keçirild...

    Ağdaşda şəhidlərin il mərasimləri keçirildi.

    2021-09-29

    29 sentyabr 2021-ci il tarixdə rayonun Kotavan və Ağzıbir kəndlərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Kənan Hüseyn oğlu və İbrahimxəlilov Söyxan Eldəniz oğlunun il mərasimləri keçirilib.

  • Ağdaşda şəhidin il mərasimi keçiildi.

    Ağdaşda şəhidin il mərasimi keçiildi.

    2021-09-28

    28 sentyabr 2021-ci il tarixdə rayonun Pirəyir kəndində şəhid Mustafayev Siyasət Akif oğlunun il mərasimi keçirilib.

  • Ağdaşda 27 sentyabr Anım Günü qeyd olundu.

    Ağdaşda 27 sentyabr Anım Günü qeyd olundu.

    2021-09-27

    27 sentyabr Anım Günü ilə bağlı müvafiq Tədbirlər Planına uyğun olaraq sentyabr ayının 14-dən başlayaraq rayonda Vətən Müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuş, ailələrinə ərzaq sovqatları çatdırılmışdır.

  • Şəhid ailələrinin ziyarəti başa çatdı.

    Şəhid ailələrinin ziyarəti başa çatdı.

    2021-09-25

    25 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Qaradağlı kəndindən olan şəhid Əliyev Cəlil Qüdrət oğlu, Qarağanşıxlar kəndindən olan şəhid Namətov Naib Firqət oğlunun məzarları rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Aşağı Nemətabad kəndində şəhidlərin xatir...

    Aşağı Nemətabad kəndində şəhidlərin xatirəsi əbədiləşdirildi.

    2021-09-24

    24 sentyabr 2021-ci il tarixdə rayonun Aşağı Nemətabad kəndindən olan Birinci və İkinci Qarabağ Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan döyüşçülərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.

  • Şəhid ailələrinin ziyarəti davam etdirilir.

    Şəhid ailələrinin ziyarəti davam etdirilir.

    2021-09-24

    24 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Qaradeyin kəndindən olan şəhidlər Abbasov Nemət Elçin oğlu, Məsimov Əkbər Yunis oğlu və Abad kəndindən olan şəhid Əliyev Atəm Vaqif oğlunun rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaş şəhərində şəhid ailələri ziyarət ...

    Ağdaş şəhərində şəhid ailələri ziyarət olundu.

    2021-09-23

    23 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərən Ağdaş şəhərindən olan şəhidlər İsmiyev Emil Elman oğlu, Fərhadov Cəlaləddin Elxan oğlu və Məmmədov Elvin Eldəniz oğlunun rayon İcra Hakimiyyəti və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaşda yeni dərs ili başlandı.

    Ağdaşda yeni dərs ili başlandı.

    2021-09-22

    Cari dərs ilində rayonun ümumtəhsil məktəblərinin I siniflərində 1400 nəfərdən artıq şagirdin təhsil alacağı gözlənilir. Bütövlükdə isə rayonun 67 ümumtəhsil məktəbində 14793 nəfər şagirdin təhsil alması nəzərdə tutulmuşdur. Əlavə olaraq cari ilin oktyabr ayının əvvəlindən başlayaraq 1168 nəfərdən artıq 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması proqnozlaşdırılıb.

  • Şəhid ailələrinin ziyarəti davam edir.

    Şəhid ailələrinin ziyarəti davam edir.

    2021-09-22

    22 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan rayonun Tofiqi kəndindən olan şəhidlər Maqsudov Bəxtiyar Mənsur oğlu, Əliyev Elşad Mehman oğlu, Şəmsabad kəndindən olan şəhid Feyruzlu Əlibəy Samir oğlunun rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaşda şəhid ailələri ziyarət olunur.

    Ağdaşda şəhid ailələri ziyarət olunur.

    2021-09-21

    21 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ilə əlaqədar Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan rayonun Mürsəl kəndindən olan şəhid Həsənov Elvin Əlizadə oğlu, Şıxlı kəndindən olan şəhid Osmanov Əyyub Azər oğlu və Tatlar kəndindən olan şəhid Nəbiyev Yusif Elton oğlunun məzarları rayon İcra Hakimiyyəti və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaşda şəhidin doğum günü qeyd olundu.

    Ağdaşda şəhidin doğum günü qeyd olundu.

    2021-09-20

    20 sentyabr 2021-ci il tarixdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Azər Vəli oğlunun doğum günü münasibətilə doğulub boya-başa çatdığı Orta Ləki kəndində inşa edilən xatirə lövhəsinin açılış mərasimi keçirildi

  • Ağdaşda şəhid ailələrinin ziyarəti davam et...

    Ağdaşda şəhid ailələrinin ziyarəti davam etdirilir.

    2021-09-20

    20 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan rayonun Pirəyir kəndindən olan şəhid Mustafayev Siyasət Azər oğlu, Nehrəxəlil kəndindən olan şəhid Çələbili Vüqar Fərəcullah oğlu və Gürcuva kəndindən olan şəhid Hacıyev Murad Eynulla oğlunun məzarları rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaşda Milli Musiqi Günü qeyd edildi

    Ağdaşda Milli Musiqi Günü qeyd edildi

    2021-09-18

    18 sentyabr 2021-ci il tarixdə Ağdaş şəhər Uşaq Musiqi Məktəbinin qarşısında dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirildi.

  • Rayonda şəhid ailələrinin ziyarəti davam etdi...

    Rayonda şəhid ailələrinin ziyarəti davam etdirilir.

    2021-09-18

    18 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan rayonun Kotavan kəndindən olan şəhid Məmmədov Kənan Hüseyn oğlu, Ağzıbir kəndindən olan şəhid İbrahimxəlilov Söyxan Eldəniz oğlu və Pirəzə kəndindən olan şəhid Əhmədov Elnur Etibar oğlunun məzarları rayon İcra Hakimiyyəti və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaş rayonunda internet infrastrukturunun yenil...

    Ağdaş rayonunda internet infrastrukturunun yenilənməsi davam etdirilir.

    2021-09-17

    Hazırda “Azeronline” şirkəti tərəfindən rayonun 7 yaşayış məntəqəsi - Xosrov, Sadavat, Tofiqi, Əmirmahmud, Mürsəl, Pirəyir və Cücük kəndlərində internet xətlərinin çəkilişi davam etdirilir. Bu məqsədlə sözügedən yaşayış məntəqələrində rabitə dirəkləri basdırılmış, müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri həyata keçirilməkdədir.

  • Şəhid ailələri ziyarət olundu.

    Şəhid ailələri ziyarət olundu.

    2021-09-17

    17 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan rayonun Orta Ləki kəndindən olan şəhidlər İsrəfilov Anar İsrəfil oğlu, Məmmədov Rəcəb Yolçu oğlu və Vəliyev Azər Vəli oğlunun rayon İcra Hakimiyyəti rəsmiləri və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Şəhid ailələrinin ziyarəti davam etdirilir.

    Şəhid ailələrinin ziyarəti davam etdirilir.

    2021-09-16

    16 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Ərəbocağı kəndindən olan şəhidlər Kərimli Nihat Teymur oğlu, İdrisov Xəyal İbrahim oğlu, Osmanov Məhəmməd Seymur oğlu və Kotavan kəndində qeydiyyatda olmuş, Mingəçevir şəhərində yaşamış şəhid İbrahimzadə Nahid Şahid oğlunun rayon İcra Hakimiyyəti rəsmiləri və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaşda ali məktəblərə qəbul olmuş tələb...

    Ağdaşda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirildi.

    2021-09-16

    16 sentyabr 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul zamanı 600 baldan yuxarı nəticə əldə etmiş rayon məzunları ilə tədbir keçirildi. Tədbir iştirakçıları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər. 2021-ci ildə buraxılış və qəbul imtahanlarında iştirak edərək ali məktəbə daxil olmaq üçün elektron ərizə ilə müraciət edənlərin 277 nəfəri tələbə adını qazanmışdır. Cari ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 7 nəfəri 600 baldan yuxarı, 43 nəfəri isə 500-600 bal intervalında nəticələr göstərmişlər. Həmin məzunlar hamısı ölkənin nüfuzlu ali məktəblərinin tələbələri sırasına daxil olmuşlar.

  • Rayonun Xosrov və İkinci Aral kəndlərində ş...

    Rayonun Xosrov və İkinci Aral kəndlərində şəhid ailələri ziyarət olundu.

    2021-09-15

    15 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Xosrov kəndindən olan şəhid Vəliyev Sadiq Ayaz oğlu, şəhid Məmmədov Kənan Bəhruz oğlu və İkinci Aral kəndindən olan şəhid Həsənov Rəvan Rövşən oğlunun rayon İcra Hakimiyyəti və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaşda  27 sentyabr “Anım Günü” ərəfə...

    Ağdaşda 27 sentyabr “Anım Günü” ərəfəsində şəhid ailələri ziyarət olundu.

    2021-09-14

    14 sentyabr 2021-ci il tarixdə “Anım Günü”nün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan ağdaşlı gənclərin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ağsaqqalların iştirakı ilə Ağdaş şəhərində şəhid Məmmədzadə Fərid Mehman oğlu və Yuxarı Ağcayazı kəndində şəhid Səlimzadə Ramil Raqif oğlunun məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

  • Ağdaşda şəhidin doğum günü qeyd olundu.

    Ağdaşda şəhidin doğum günü qeyd olundu.

    2021-09-14

    14 sentyabr 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Feyruzlu Əlibəy Samir oğlunun doğum günü münasibətilə doğulub boya-başa çatdığı rayonun Şəmsabad kəndində inşa edilən xatirə lövhəsinin açılış mərasimi keçirildi

  • Ağdaşda yeni məktəb binası istifadəyə veril...

    Ağdaşda yeni məktəb binası istifadəyə verildi.

    2021-09-14

    14 sentyabr 2021-ci il tarixdə rayonun Orta Ləki kəndində yeni məktəb binasının açılış mərasimi keçirildi.

  • Ağdaşda çəltik biçininə başlanılmışdır.

    Ağdaşda çəltik biçininə başlanılmışdır.

    2021-09-10

    Rayonda 2021-ci ilin məhsulu üçün 652,5 hektar sahədə çəltik əkilmişdir. Kənd təsərrüfatının digər sahələrində olduğu kimi bu sahəyə də dövlət dəstəyinin daim artırılması çəltik əkinin genişləndirilməsinə səbəb olmuşdur.

  • Qışa hazırlıqla əlaqədar rayonda qazlaşdır...

    Qışa hazırlıqla əlaqədar rayonda qazlaşdırılma işləri davam etdirilir.

    2021-09-09

    Ağdaş şəhərinin S.Vurğun küçəsi soyuqbulaq yolu üzərində 18 fərdi yaşayış evi, İstiqlal küçəsi və Pirəyir kəndi ərazisində şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilmiş evlərin qazlaşdırılması işlərinə başlanılıb. Eyni zamanda şəhərin F.Səfərov, H.Hacıyev, M.Əsədov küçələri və Ləki qəsəbəsində sıradan çıxmış qaz xətlərinin yenilənməsi ilə bağlı təmir işləri aparılır. Qeyd etmək lazımdır ki, yeni qaz xətlərinin çəkilişi və təmiri Azəriqaz İstehsalat Birliyinin Layihə İnşaat QSC tərəfindən həyata keçirilir.

  • Ağdaşda şəhid övladları məktəbli ləvazima...

    Ağdaşda şəhid övladları məktəbli ləvazimatları ilə təmin edilib.

    2021-09-07

    “YAŞAT” Fondu Vətən Müharibəsi şəhidlərinin ailələrinin sosial problemlərinin həll edilməsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə yeni dərs ilinin başlanğıcı ərəfəsində Fondun əməkdaşları tərəfindən 3 şəhid ailəsinə baş çəkilmiş, məktəbyaşlı şəhid övladları zəruri tədris vəsaitləri ilə təmin edilmişdir. Göstərilən qayğıya görə şəhid ailələri tərəfindən dövlət başçısına minnətdarlıq bildirilmişdir.

əvvəlki [3] növbəti