Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dövlət Bayrağı günü qeyd olundu.

10 noyabr 2017 | 11:00

08 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Dövlət Bayrağı” günü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin şagird, tələbə, müəllimlər, mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə tədbir keçirildi.
Dövlət Bayrağına həsr olunan video çarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə “Dövlət Bayrağı Günü” münasibətilə iştirakçıları təbrik edərək, xalqımızın müasir cəmiyyət quruculuğu, demokratiyanı inkişaf etdirmək istəyinin, türk mənşəyinin, islam sivilizasiyasına mənsubluğunu ifadə edən milli ləyaqət simvolumuz olan Azərbaycan bayrağını başı üzərində uca tutmağın, vüqarla dalğalandırmağın hər bir azərbaycanlının borcu olduğunu diqqətə çatdırdı.
İştirakçılara Dövlət Bayrağı gününə həsr olunan məruzə təqdim edildi.
Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etdiyini, ölkə başçısı cənab İlham Əliyevin isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə bağlı 2009-cu il noyabrın 18-də sərəncam imzaladığını söylədilər.
Qeyd olundu ki, Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmiş, azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirməkdədir.

Keçidlər