Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda xurma bağlarında yığım davam edir

01 noyabr 2017 | 11:00

Cari ilin oktyabr ayının əvvəlindən başlayaraq ağdaşlı fermerlər xurma bağlarında yetişmiş məhsulun dərilməsinə başlamışlar. Bağlara göstərilən düzgün aqrotexniki qulluq nəticəsində təsərrüfatlarda məhsul bolluğu müşahidə olunur.

Bol vitaminlərlə zəngin olan, əsasən ixracyönümlü bu meyvə Rusiya və Ukrayna bazarlarına ixrac olunur. Ölkədə ixrac məhsullarına yaradılan əlverişli şərait nəticəsində sahibkarlar hazırki qiymətlərdən razılıq edirlər.
Qeyd edək ki, Ağdaş rayonunda 1597 hektar meyvə bağları vardır. Həmin bağların 1640 hektarı bar vermə mərhələsinə daxil olmuşdur. Fermerlərin daha çox maraq göstərdiyi xurma bağları hazırda 580 hektardır. Fermerlər hər ağacdan təqribən 150 kq məhsul əldə edirlər.
Xurma bağlarında yığım davam edir
 

Keçidlər