Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Beynəlxalq Müəllimlər gününə həsr olunmuş "Xəmsə" Milli İntelektual oyunu keçirilmişdir

13 oktyabr 2017 | 11:00

12 oktyabr 2017-ci il tarixində Ağdaş rayonu Heydər Əliyev Mərkəzində "Beynəlxalq Müəllimlər günü" münasibətilə gənclər arasında keçirilən "Xəmsə" Milli İntelektual oyunu üzrə Rayon çempionatına yekun vuruldu. Qeyd edək ki, 02 oktyabr tarixindən başlayan oyunlar rayonumuzun tam orta məktəbləri arasında dörd zona arasında keçirilmişdir. Zonalarda qalib gəlmiş komandalar final mərhələsinə vəsiqə qazanmışlar. Final oyununda qalib gəlmiş komandalar Ağdaş rayon Gənclər və İdman idarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılmışlar. Birinci yüksəlmiş komandaya çempionatın kuboku təqdim olunmuşdur.

Keçidlər