Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda müasir tipli heyvandarlıq kompleksi fəaliyyət göstərir

25 sentyabr 2017 | 11:00

Ağdaş rayonunda fəaliyyət göstərən “Türyançay” MMC-nin əsas fəaliyyəti  maldarlıq və  əkinçilikdir.
Təsərrüfatın 2500 hektar topaq sahəsi vardır
Təsərrüfatda  1700  başa yaxın iribuynuzlu mal-qara, 3500 başdan yuxarı xırda buynuzlu heyvanlar və 33 baş at vardır. Mövcud iri buynuzlu mal-qaradan  700 başdan yuxarısı sağılandır. Gündəlik 10 tondan yuxarı süd istehsal olunur.
Təsərrüfatın müxtəlif sahələrində 130 nəfərdən yuxarı işçi çalışır.
 Fermer   təsərrüfatında 2017-ci ilin məhsulu üçün 700 hektar   arpa, 200 hektar çəltik, 417 hektar qarğıdalı əkini aparılmışdır. 300 hektar yonca sahəsi və 40 hektar meyvə bağı vardır.

Keçidlər