Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda uzun müddətli səmərəli fəaliyyətinə görə İlham Rəsulov cari ildə dövlət qulluqçularının peşə bayramı günü ərəfəsində “Tərəqqi” medalı ilə təltif edilmişdir.

31 avqust 2017 | 11:00

1980-ci ildə keçmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirərək mühəndis- mexanik ixtisasına yiyələnən İlham Rəsulov 1981-ci ildən başlayaraq 37 ildən artıq rayonda doğma kəndində müxtəlif  vəzifələrdə  fəaliyyət göstərir.
İlham Rəsulov 28 ildən artıq dövlət qulluğunda çalışmaqla bərabər, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı ilə fəqlənən, insanlarla rəftarı, yüksək və mənəvi keyfiyyətləri ilə dərin hörmət qazanan, fəaliyyətində dövlət maraqlarını daim uca tutan dövlət qulluqçusudur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fərman və sərəncamlarının yerinə yetirilməsində öz payı olan rəhbər işçi kimi o, öz üzərinə düşən məsul vəzifələri vicdanla yerinə yetirir.
Rəhbərlik etdiyi Orta Ləki kənd icra nümayəndəliyinin ərazisində səlahiyyətləri çərçivəsində dövlət orqanları ilə əlaqələri yüksək səviyyədə təmin etməklə, sosial problemlərin həlli istiqamətində ardıcıl səylər həyata keçirir. Məhz onun işgüzarlığı sayəsində kənd yolunun abadlaşdırılması, təhsil və səhiyyə müəssisələrinin yenidən qurulması istiqamətində əhəmiyyətli dönüşə nail olunmuşdur.
Dövlət qulluğunda uzun müddətli səmərəli fəaliyyətinə görə İlham Rəsulov cari ildə dövlət qulluqçularının peşə bayramı günü ərəfəsində “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Möhtərəm Prezidentimizin söylədiyi “dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” fikrini özü üçün fəaliyyət proqramı seçən İlham Rəsulovu təltif münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, dövlət qulluğunda yeni-yeni uğurlar diləyirik.

Keçidlər