Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ağdaşda bölgə vətəndaşlarını qəbul edib

19 avqust 2017 | 11:00

Avqustun 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçirildi.
Məleykə Abbaszadə qəbuldan öncə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb.
Qəbulda Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edirdi.
Vətəndaşların hər biri qəbul edilərək dinlənildi, problemləri ilə bağlı onlara müvafiq qaydada izahat verildi.

 

Keçidlər