Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat işçilərinin peşə bayramı

22 iyul 2017 | 11:00

22 iyul 2017-cı il tarixdə Milli Mətbuat günü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri və “Ağdaş” qəzetinin əməkdaşları ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, abidənin önünə tər güllər düzmüşlər. Peşə bayramına həsr edilən tədbir Heydər Əliyev Mərkəzində çay süfrəsi ətrafında davam etdirilmişdir.
         Tədbirdə qeyd olunmuşdur ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış xalqımızın ümummilli lideri Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, qəzetlərin nəşriyyatlara olan borcları onun rəhbərliyi dövründə  dəfələrlə silinmişdir.
          Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət  yeni dövrün tələblərinə uyğun olaraq  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir. Ötən 14 ilə yaxın dövr ərzində jurnalistika  fəaliyyəti ilə məşğul olan mətbuat nümayəndələrinin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbu orqanlarında çalışmaqla, fərqlənən yaradıcı insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşlar.
   Tədbir iştirakçıları çoxtirajlı “Ağdaş” qəzeti kollektivinin rayonda milli mətbuatın  ənənələrinə sadiqliyini qeyd edərək, doğma qəzetin 85 ildən artıq dövr ərzində rayonun ictimai-siyasi,  sosial-iqtisadi və mədəni həyatında baş verən proseslərdə fəal iştirak etdiyi, baş verən dəyişikliklərin  layiqincə işıqlandırdığını diqqətə çatdırmışlar.
Tədbirin yekununda peşə bayramı münasibətilə rayonun mətbuat işçilərinin bir qrupu və veteran  jurnalistlərə maddi yardım  göstərilmişdir.

Keçidlər