Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş idmançılarının uğuru

19 iyun 2017 | 11:00

11-14 iyun 2017-ci il tarixlərində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçirilmişdir.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Macarıstan, İran, Qazaxıstan, Rusiya idmançıları ilə yanaşı, Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikasının boksçuları da mübarizə aparmışlar. Bu yarışda 66 kq çəki dərəcəsində rayonumuzun boksçusu Nəbiyev Rüfət Tacəddin oğlu bütün rəqiblərinə qalib gələrək Beynəlxalq Turnirin qızıl medalına layiq görülmüşdür.

Keçidlər