Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda modul tipli məktəblər tikilir

13 iyun 2017 | 11:00

Hazırda rayonun 68 ümumtəhsil məktəbindən 14-ü qəzalı vəziyyətdədir. 27 məktəbin tədris binasının əsaslı təmirə ciddi ehtiyacı vardır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədrisin təşkilinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə rayonda 2017-ci ildən başlayaraq kəndlərdə yerləşən 3 azkomplektli məktəblərdə modul tipli yeni tədris binalarının tikintisinə start verilmişdir.
Bu məqsədlə rayonun Qumlaq kəndində 96, Yenikənd  kəndində 56, Pirəyir kəndində 40 şagird yerlik məktəb binalarının tikintisi sürətlə davam etdirilir. Məktəb binalarının cari ilin sentyabr ayınadək tikilərək şagird və müəllimlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.

Keçidlər