Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yüksək pambıq məhsuldarlığının əldə olunması üçün bütün qüvvələr səfərbər olmuşdur

05 iyun 2017 | 11:00

Son illər ənənəvi sahələrdən olan pambıqçılığa maraq daha da artmış, bu sahədə ciddi uğurlar əldə edilmişdir. Qarşıya çıxan problemlərin öyrənilməsi və operativ aradan qaldırılması məqsədilə rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı idarəsinin məsul işçilərindən ibarət xüsusi qərargah yaradılmışdır. Qərargah üzvlərinin iştirakı ilə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair gündəlik iclas keçirilir, lazımi tapşırıq və tövsiyələr verilir. Rayon üzrə 77 fermerlə 3000 hektarda pambıq əkilməsi barədə müqavilə bağlanmışdır.
Çiyid səpini qısa müddətdə yüksək aqrotexniki qaydada başa çatdırılmışdır. Hal hazırda pambıq sahələrində becərmə işləri aparılır. Fermerlərin becərmə texnikalarına və digər avadanlıqlara tələbatı müəyyənləşdirilmiş, kultivasiya işlərinin aqrotexniki qaydalara uyğun və ləngimədən aparılması üçün müasir tələblərə cavab verən 15 ədəd becərmə texnikası gətirilərək onların istifadəsinə verilmişdir. Becərmə işlərinə rayon üzrə 2400 nəfər cəlb olunmuşdur. Yüksək məhsuldarlıq əldə olunması üçün bütün qüvvə və səylər hərəkətə gətirilmişdir.

Keçidlər