Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda kitab bayramı keçirildi.

03 may 2017 | 11:00

3 may  2017-ci il tarixdə  saat 10:30-dan başlayaraq  Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən, Ağdaşda ənənəvi olaraq hər il təşkil olunan  sayca 9-u kitab bayramı keçirildi.
Tədbirdə Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinin tabeçiliyində olan Ucar, Göyçay və Zərdab rayonlarının mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri düzməklə onun xatirəsini ehtiramla yad etdilər.
Kitab bayramında 2000-ə yaxın kitab , fotostendlər nümayiş etdirilirdi. Məktəblilərin ifasında kitabların təbliğinə həsr olunmuş kompozisiyalar sərgi iştirakçıları tərəfindən maraqla qarşılandı.
    Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş  nəşrlərə geniş yer verilmişdi.
Mərkəzin geniş foyesində humanitar, hüquq, sahibkarlıq, iqtisadiyyat, kənd təsərrüfatı ilə bağlı məlumat ədəbiyyatları, kitab abidələri sırasına daxil olan qədim, iri həcmli və miniatür kitablar sərgilənməklə yanaşı, həmçinin yerli yazarların da nəşrləri  yer almışdı.
Tədbirdə rayonun kitabxana, mədəniyyət, təhsil işçiləri, məktəblilər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Tahir Əliyev çıxış edərək kitab mədəniyyətinin formalaşması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin dövlətçiliyimizin mədəni inkişafına mühüm töhfələr bəxş etdiyini qeyd etməklə bərabər, informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq kitabların hələ də həyatımızda və mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi  olduğunu diqqətə çatdırdı.
Kitab bayramı rayonun mədəniyyət kollektivlərinin təqdimatında rəngarəng konsert proqramı ilə başa çatdı.
Fərqlənən mədəniyyət işçilərinin bir qrupuna diplomlar təqdim edildi.

    Bildirirəm ki, rayon İcra Hakimiyyəti və Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 3 may 2017-ci il tarixdə saat 10:30-dan başlayaraq  Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Kitab bayramı və gənc istedadların baxış müsabiqəsinin yekunlarına həsr olunmuş bədii proqramla müşayiət olunan tədbir keçiriləcəkdir.
Tədbirdə 500 nəfər iştirak edəcəkdir.

Keçidlər