Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Novruz şənlikləri keçirildi

19 mart 2017 | 11:00

Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri 19 mart 2017-ci il tarixdə saat 10:00-dan başlayaraq bayramsayağı bəzədilmiş Heydər Əliyev prospektində mərkəzi meydanda, Heydər xiyabanı və Heydər parkında keçirildi.
Tədbirin keçirildiyi məkanlarda gənc rəssamların əl işləri, qədim əşyalar, milli mətbəx və xalq sənəti nümunələrinin nümayişi təqdim olunmaqla, güləş, karate, boks, şahmat, dama, idman növləri üzrə idmançıların nümunəvi çıxışları, “Kəndirbazlar” sirk folklor qrupu və rayonun mədəniyyət kollektivlərinin ifasında rəngarəng mahnı və xalq rəqslərindən ibarət proqram təqdim edildi.
Novruzun gəlişi münasibətilə Heydər Əliyev prospektində bayram tonqalı yandırılaraq bayramın əsas atributları olan Bahar qız, Dədə Qorqud, Keçəl, Kosa və milli geyimdə olan qızlar və oğlanlar meydana daxil oldu, folklor kollektivləri tərəfindən Novruz ovqatlı nümunəvi çıxışlar təqdim edildi.
Rayon sakinləri və qonaqlara plov, kabab, eyni zamanda milli mətbəximizin müxtəlif çeşidli yeməkləri bişirilməklə xidmət göstərildi.
Rayon rəhbərliyi tədbirlərin keçirildiyi ərazilərdə əhali ilə görüşərək, onlara bayram təbriklərini çatdırdı.
Tədbir şəhərin görməli yerlərində bayram gəzintisi ilə başa çatdı.
Bayram  şənliyində 25 mindən artıq rayon əhalisi iştirak edirdi.
 

 

Keçidlər