Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idmanın sərbəst güləş növü üzrə turnir keçirilmişdir.

18 yanvar 2017 | 11:00

Ağdaş rayon Gənclər və İdman idarəsi tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idmanın sərbəst güləş növü üzrə yeniyetmələr arasında açıq rayon turniri keçirilmişdir. 20 yanvar şəhidlərinin xatirəsi yarış iştirakçılarının iştirakı ilə bir dəqiqəlik sükutla yad edilmişdir. Yarışda Ağdaş rayon komandası ilə yanaşı Tovuz və Zərdab rayonlarının sərbəst güləş üzrə komandaları iştirak etmişdir. Ağdaş Olimpiya İdman Kompleksində keçirilən turnirdə 85 nəfər idmançı mübarizə aparmışdır. Turnirdə I, II və III yerləri tutan idmançılar Ağdaş rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə mükafatlandırılmışlar.

Keçidlər