Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş məktəblilərinin “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarına yolasalma mərasimi keçirilmişdir.

17 noyabr 2016 | 11:00

17 noyabr 2016-cı il tarixdə "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın Ağdaş rayonundan olan iştirakçıları IX və XI sinif şagirdləri və onları müşayiət edən müəllimlərin şimal bölgəsinə yolasalma mərasimi keçirilmişdir.
Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anmışlar.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, bu maarifləndirici tur-aksiyalar təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlərin müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı əldə edəcəyi qeyd edilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri məktəblilərə bu imkanı yaradan Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, tədbir bədii proqramla davam etdirilmişdir.
Sonda 40 məktəbli xüsusi avtobusla şimal bölgəsinə yola salınmışdır.

Keçidlər