Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “26 iyun-Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirilib.

24 iyun 2016 | 11:00

24 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər, yerli dövlət qurumları və qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə  “26 iyun-Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər  narkomaniya və narkotik aludəçiliyin gənclərin həyatına mənfi təsiri barədə geniş fikir mübadiləsi aparmış, bu təhlükəli bəlaya qarşı mübarizənin təkcə dövlət strukturlarının deyil, bütün cəmiyyətin  işi olduğunu diqqətə çatdırmışlar.
Çıxışlarda görülən işlərlə yanaşı, bu ümumbəşəri bəlanın gələcək genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə həsr olunan təkliflər  səsləndirilmiş, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə onların daha çox təhsil və idman yönümlü tədbirlərlə yüklənmələrinin vacibliyi qeyd olunmuşdur.

Keçidlər