Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “İrəvan-bizim qala” adlı tədbir keçirildi.

09 iyun 2016 | 11:00

8 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  “İrəvan-bizim qala” adlı layihənin 3-cü mərhələsi çərçivəsində tədbir keçirdi.
Layihə çərçivəsində iştirakçı gənclərə AMEA-nın əməkdaşı Səbuhi Hüseynov, təşkilatın üzvü Nail Şükürov tərəfindən İrəvanın tarixinə dair vizual görüntülü  məlumatlar verilmiş, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş etdirilmiş, İrəvan və Qarabağ haqqında tanınmış resurslar gənclərə tanıdılmışdır.
Tədbirin sonunda  iştirakçılara İrəvanın tarixi ilə bağlı poliqrafik bukletlər, yazılı köynəklər və digər  materiallar  paylanıldı.

Keçidlər