Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-ci ildönümü qeyd edilib.

17 may 2016 | 11:00

10 may  2016-ci il tarixdə  Ağdaşda  xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının  rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edirdi.
Tədbirdə ulu öndərin abidəsi ziyarət olundu, rayon ictimaiyyəti adından abidənin önünə əklil qoyuldu, ulu öndərin əziz xatirəsi ehtiramla anıldı.
Rayonun bütün əmək kollektivləri, təhsil müəssisələrinin tələbə və şagirdləri, inzibati ərazi dairələrini əhatə  edən  sakinlər abidənin önünə tər güllər düzərək ulu öndərin əziz xatirəsinə  öz ehtiramlarını nümayiş etdirdi.
Tədbir başa çatdıqdan sonra  rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2 istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yollarının Ağdaş-Qarağan və Ağdaş-Ləki hissəsində ağacəkmə aksiyası keçirildi.
Aksiya zamanı yolların kənarına 3500-dən artıq ağac əkildi.

Keçidlər