Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanın ev muzeyində anım tədbiri keçirildi

11 may 2016 | 11:00

7 may 2016-cı il tarixdə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 71-ci ildönümü  ilə əlaqədar rayonun Qolqəti kəndində Sovet İttifaqı Qəhrəmanı Səməd Abdullayevin ev muzeyində rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, məktəblilərin iştirakı ilə tədbir keçirildi.
  Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıldı.
  Müharibə veteranları və ictimaiyyətin nümayəndələri çıxışlarında ikinci dünya müharibəsinin bəşəriyyətə gətirdiyi fəlakətlərə toxunaraq, həmin savaşda Azərbaycan oğullarının fədakarlığının bu tarixi Qələbənin əldə olunmasına  böyük töhfələr verdiyi  diqqətə çatdırıldı.
  Anım tədbirində məktəblilərin ifasında hərbi-vətənpərvərlik  ruhunda təqdim edilən bədii kompozisiya, şeir çələngi xoş ovqat yaratdı.

Keçidlər