11-13 oktyabr 2019-cu il tarixlərində Ağdaş Olimpiya İdman Kompleksində yeniyetmələrin XII Respublika Oyunları proqramına daxil olan idmanın voleybol növü üzrə Gəncə, Mingəçevir şəhər , Ağdaş, Qax, Oğuz, Tovuz, Şəki, Göygöl, Yevlax, Şəmkir rayonlarından gələn 2005-2006-cı il təvəllüdlü qızlardan ibarət komandalar arasında zona yarışları keçirilmişdir.
Ağdaşda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirdi. 7 oktyabr 2019-cu il tarixdə Ağdaş şəhəri Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə seminar-müşavirə keçirildi
Ağdaşda Beynəlxalq Müəllimlər gününə həsr olunan tədbir keçirildi. 4 oktyabr 2019-cu il tarixdə M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirildi.
Ağdaşda vətəndaşların qəbulu keçirildi. 26 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin iştirakı ilə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağdaşda vətəndaşlarla görüş keçirildi.
Bildiririk ki, 26.09.2019-cu il tarixdə Saat 10:00-dan başlayaraq Ağdaş rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin iştirakı ilə vətəndaşların səyyar qəbulu keçiriəcəkdir.
24.09.2019-cu il tarixdə saat 09:00-dan işlər başa çatanadək xətlərdə aparılan təmir işləri ilə əlaqədar Ağdaş rayonunun bəzi kəndlərində təbii qazla təchizatı dayandırılacaqdır.
18 sentyabr 2019-cu il tarixdə Ağdaş şəhər Uşaq Musiqi Məktəbində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi gününə həsr olunmuş tədbir keçirildi.
Ağdaşda “Bilik günü” münasibətilə tədbirlər keçirildi. 16 sentyabr 2019-cu il tarixdə “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə rayonun ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində təntənəli tədbirlər qeyd olunmuşdur.
Nizami adına 2 saylı şəhər tam orta məktəbində əsaslı təmirdən sonra açılış mərasimi keçirildi. 12 sentyabr 2019-cu il tarixdə Ağdaş şəhər Nizami adına 2 saylı tam orta məktəbində əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.
12 sentyabr 2019-cu il tarixdə rayonda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirildi.
Ağdaşda “Optimal Yay Festivalı” çərçivəsində konsert keçirildi. 8 sentyabr 2019-cu il tarixdə saat 19:00-dan başlayaraq Heydər parkında 3 mindən artıq Ağdaş sakininin iştirak etdiyi möhtəşəm konsert proqramının açılış nitqində bəstəkar, müğənni və aparıcı Murad Arif Ağdaş rayonunun inkişafı istiqamətində görülən işlər və yaradılan infrastrukturu yüksək qiymətləndirərək, konsertin təşkilatçılığında xüsusi dəstək göstərən rayon İcra Hakimiyyətinə Optimal şirkəti adından təşəkkürünü bildirdi.
Nizami adına 2 saylı şəhər tam orta məktəbində əsaslı təmirdən sonra açılış mərasimi keçirildi. 12 sentyabr 2019-cu il tarixdə Ağdaş şəhər Nizami adına 2 saylı tam orta məktəbində əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.
Ağdaş rayonunun Yenicə kəndinə “mavi yanacağın” verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər
Ağdaşda Yay Festivalı
29 avqust 2019-cu il tarixdə rayon ictimaiyyəti nümayəndələri və ali məktəblərə qəbul zamanı 600 baldan yuxarı nəticə əldə etmiş rayon məzunları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
26 iyul 2019-cu il tarixdə, saat 10:00-dan 13:00-dək Ağdaş rayon Təhsil şöbəsində abituriyentlərə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən Abituriyentlərə Məsləhət Mərkəzi xidmət göstərəcəkdir.
22 iyul 2019-cu il tarixdə Milli Mətbuat günü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri və “Ağdaş” qəzetinin əməkdaşları ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, abidənin önünə tər güllər düzmüşlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 saylı Sərəncamı ilə 3 nəfər ağdaşlı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə qeyd edildi.
Ağdaşda dövlət qulluqçularının peşə bayramı qeyd olundu. Ağdaşda 22 iyun 2019-cu il tarixdə dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.
21 iyun 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tərəfindən “Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarfiləndirmə işlərinin gücləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa ətrafında maarifləndirici tədbir keçirildi.
Tələbələr arasında intellekt olimpiadası başa çatdı. LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələr arasında intellekt olimpiadası" layihəsinin mükaftalandırma mərasimi keçirilib.
Ağdaşda 15 iyun-Milli Qurtuluş günü qeyd olundu. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri qoymaqla ümummilli liderin xatirəsinə ehtiramlarını bildirdilər.
Ağdaşda “Son zəng” tədbirləri keçirildi. 14 iyun 2019-cu il tarixdə rayonunun 41 ümumtəhsil məktəblərində XI sinif şagirdlərinin iştirakı ilə ənənəvi son zəng tədbirləri keçirildi.
Ağdaşda “Nəsimi ili”nə həsr olunmuş məktəblilərin bilik sərgisi keçirildi. Tədbirə 3 iyun 2019-cu il tarixdə saat 9:00-dan başlayaraq rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda start verildi.