Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı respublikamızda bir sıra tədbirlər təşkil olunur.
Bu tədbirlər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşanın mədəniyyətini, tarixini tanıtmaq, böyüməkdə olan nəslə mənəvi dəyərlərimizi, tariximizi aşılamaq məqsədi ilə Ağdaş rayonunda da müxtəlif tədbirlər həyata keçirilir.
14 may 2022-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın təşkilatçılığı ilə “Şuşa-Qarabağın döyünən ürəyi!” adlı tədbir keçirilib.
Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir boyunca “Şuşa İli” ilə əlaqədar şagirdlərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub, videoçarx nümayiş etdirilib, məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub.