Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
14 may 2022-ci il tarixdə şəhid Maqsudov Nüsrət Qüdrət oğlunun adını daşıyan Tofiqi kənd tam orta məktəbində şəhidin portretinin əks olunduğu xatirə lövhəsinin açılış mərasimi keçirildi.
Mərasimdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, gənclər təşkilatı, məktəblilər, şəhidin doğmaları və kənd sakinləri iştirak etdilər.
Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii kompozisiya nümayiş etdirildi.
Ehsan süfrəsi ətrafında şəhidlərin ruhuna dualar oxundu, əziz xatirələri ehtiramla yad olundu.
Allah rəhmət eləsin!