Ulu öndər Heydər Əliyevin doğum günü rayonda kütləvi tədbirlər və idman yarışları ilə geniş qeyd olunub.
12 may 2022-ci il tarixdə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə futbolun kütləviliyinin, habelə gənclərin idmana olan həvəsinin daha da artırılması məqsədilə 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin Ağdaş rayonuna aid olan kəndlər arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan futbol turniri keçirilib.
Cardam və Tofiqi kənd komandaları arasında keçirilən final oyunu Cardam kənd komandasının penal mərhələsində 11 metrlik cərimə zərbələri ilə yekunlaşan qələbəsi ilə başa çatıb.
Turnirdə iştirak edən bütün gənclərə millət vəkili tərəfindən imzalanmış sertifikatlar, həmçinin ilk üç yerin qalibi olmuş komandalara xüsusi hədiyyələr, medal və kubok təqdim edilib.