12 may 2022-ci il tarixdə rayon Mərkəzi Kitabxanasında Ağdaş rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir keçirildi.
Tədbirdə Ağdaş rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edirdi.
Çıxışlarda bildirib ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiya xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikası insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulub. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi və görülən digər işlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir. Azərbaycanda tarixən dinlərin və ayrı-ayrı mədəniyyətlərin, millətlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnoslar tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm kimi ali dəyərlər həmçinin İslam dəyərləri müstəsna rola malikdir.
Yekunda inanc azadlığı ilə bağlı Komitə tərəfindən nəşr olunmuş kitabların bi qismi rayon Mərkəzi Kitabxanasına hədiyyə edildi.