Yerli yazar Cabir Vaqif oğlu Həsənov rayonda əmək fəaliyyətinə ilk dəfə olaraq keçmiş Maliyyə idarəsində başlayıb. Hazırda Ağdaş Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
Rayonun ictimai-siyasi, mədəni həyatında, habelə ədəbi-bədii mühitində fəal iştirak edir. Bədii yaradıcılıqla məşğul olan şairin şeirlər toplusu 2 kitab halında işıq üzü görüb. Müəllifin 2017-ci ildə “Mən bir ömür yaşadım”, 2021-ci ildə “Bax dalınca gedən ömrün” adlı şeirlər kitabının təqdimat mərasimləri keçirilib.
Şeirləri vaxtaşırı olaraq internet mediada yayımlanır, oxucular tərəfindən maraqla qarşılanır.
Artıq respublikanın ədəbi mühitində tanınan Cabir Həsənovun yaradıcılığı diqqətlə izlənilir.
Qeyd olunmalıdır ki, Azərbaycan Yazıçılar Birliyi şairin bədii yaradıcılığına yüksək dəyər verərək 30 mart 2022-ci il tarixdə xalq yazıçısı Anarın xeyir-duası və imzası ilə onu bu qurumun sıralarına üzv qəbul edib.
Bu münasibətlə Cabir Həsənovu təbrik edir, ona yeni yaradıcılıq uğurları azulayırıq.