5-6 may 2022-ci il tarixlərində Ağdaş şəhər Nizami adına tam orta məktəbində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar rayon məktəblilərinin iştirakı ilə oğlanlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
12 komandanın iştirak etdiyi rayon birinciliyində Səməd Vurğun adına şəhər tam orta məktəbin komandası 1-ci, Bəkir Nəbiyev adına 3 saylı şəhər tam orta məktəbin komandası 2-ci, Qolqəti kənd tam orta məktəbin komandası 3-cü yeri qazanmışdır.
Eyni zamanda, 6 may 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində məktəblilər arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.
Tədbirlər boyunca idman yarışının qalibləri və müsabiqə iştirakçıları rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılmışdır.