6 may 2022-ci il tarixdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirildi.
Tədbirdə çıxış edənlər tərəfindən bildirilib ki, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Məhz onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sisteminin yenidən qurulmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, islahatlar aparılmışdır. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı.
Ulu öndərimizin əsasını qoyduğu səhiyyə strategiyası bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, əhalinin sağlamlığı və sosial rifahı yüksəlir, tibb sahəsində yeni-yeni nanotexnolgiyalı, yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin sayı və yüksək ixtisaslı tibbi personalın xüsusi çəkisi durmadan artır.
Diqqətə çatdırılıb ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da artırılması və əlçatanlığının təmin edilməsi məqsədilə icbari tibbi sığortanın tətbiqi həyata keçirilən islahatların sosialyönümlülüyünə bariz nümunədir.
Qeyd olunub ki, son 20 ilə yaxın dövr ərzində Azərbaycan dövləti və Heydər Əliyev Fondunun vəsaiti hesabına ölkəmizdə 500-dən artıq səhiyyə müəssisəsinin maddi-texniki bazası yenilənib, yerlərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.