28 aprel 2022-ci il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Zərifə Əliyevanın tibb elminə verdiyi böyük töhfələrdən, oftalmologiyaya gətirdiyi yeniliklərdən söhbət açılıb. Bildirilib ki, özünü bütünlüklə elmə, təhsilə, xalqının sağlamlığı və rifahı üçün böyük fədakarlıq tələb edən peşəsinə həsr edən Zərifə xanımın adı dünya tibb elminə, ölkəmizin ictimai-siyasi tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib.
Sonda görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.