Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni doğulmuş körpəyə şəhidin adı verildi.

07 iyun 2022 | 09:21

44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Tofiqi kənd sakini Əliyev Elşad Mehman oğlunun ad günündə qardaşının ailəsində yeni oğlan uşağı dünyaya gəlib. Ailənin bütün üzvləri yekdil rəyə gələrək körpəyə şəhid əmisinin adının verilməsinə qərara veriblər. Bu münasibətlə ailəyə baş çəkən rayon İcra Hakimiyyətinin məsul əməkdaşları yeni doğulan körpənin valideynlərinə gözaydınlığı verməklə hədiyyələr təqdim ediblər. Ailənin üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Təbrik edirik.

Keçidlər