Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağdaş rayon təşkilatının yaranmasının 28-ci ildönümü qeyd olunub.

26 yanvar 2023 | 17:59

26 yanvar 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 28-ci  ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə partiya fəalları, ictimaiyyətin nümayəndələri xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının banisi və qurucusu Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini böyük ehtiramla yad etmişlər. Partiyanın rayon təşkilatının qərargahında davam etdirilən tədbirdə son 28 ildə partiyanın rayon təşkilatının keçdiyi yola nəzər salınıb. Tədbirdə çıxış edənlər bildiriblər ki, YAP Ağdaş rayon təşkilatı böyük təşkilatlanma yolu keçərək, partiyanın aparıcı strukturlarından birinə çevrilib. İndi onun sıralarında 16 mindən artıq siyasi həmfikirlər cəmləşib. Hazırda rayon təşkilatının ətrafında böyük ziyalılar ordusu fəaliyyət göstərməklə, monolit bir qüvvə kimi partiyanın sədri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ətrafında həmrəylik nümayiş etdirirlər.

 

Keçidlər