Şriftin ölçüsü :

Saytın rəngi :

Xosrov kəndində şəhid Kənan Məmmədovun xatirəsi ehtiramla anılıb.

01 noyabr 2022 | 12:30

30 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Xosrov kəndində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Məmmədov Kənan Bəhruz oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub, xatirə bulağının önündə tədbir keçirilib. İl mərasimində rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri iştirak edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər