Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirildi.

05 may 2022 | 12:29

4 may 2022-ci il tarixində Ağdaş Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti, rayon ictimaiyyətinin nümayəndələri, Ağdaş Regional Mədəniyyət idarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri, Vətən Müharibəsi iştirakçıları və gənclər iştirak edirdi.

Tədbirdə Dövlət Himni səsləndirildi.

Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” adlı sənədli film nümayiş etdirildi.

Sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə səsləndirildi.

Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli  dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.   

Tədbir boyunca mədəniyyət işçilərinin ifasında  ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunan müxtəlif kompozisiyalar təqdim olundu.

 

Keçidlər